Image Alt

Haqqımızda

Eko-dayanıqlı prinsiplər əsasında fəaliyyət göstərən bu şirkətlərdə istehsal edilən hər bir boyanın qablaşdırması 100%, məhsulları isə 30% təkrar emal edilən maddələrdən hazırlanır.

Azərbaycanda ilkə imza atıb peşəkar “Spektrofotometr” eyniləşdirmə cihazını ölkəyə gətirmişik. Bu cihaz sizin təqdim etdiyiniz istənilən rəngi kodlayaraq tamamilə eyni tonda boya istehsal etmə qabiliyyətinə malikdir.

Dünyada ilk dəfə mebel və dekorativ boyanı bir brend altında birləşdirirərək İtaliyanın mebel boyası nəhənglərindən Renner, dekorativ boya sahəsinin öncüllərindən NovaColor və ValPaint kimi lider markaların distribütorluğunu həyata keçiririk.

la casa dei sogni

La Casa Dei Sogni olaraq Aralıq dənizi sahillərinin qədim mədəniyyət ənənələrinin ehtişamını müasir trendlər və innovativ yeniliklərlə birləşdirərək sizə premium interyer həlləri təklif edirik. Zamana meydan oxuyan dayanıqlılığı və avanqard görünüşü ilə seçilən məhsullarımızla özünüzü İtaliyada hiss edəcəksiniz. 

 

Biz Dünyada ilk dəfə mebel və dekorativ boyanı bir brend altında birləşdirirərək İtaliyanın mebel boyası nəhənglərindən Renner, dekorativ boya sahəsinin öncüllərindən NovaColor və ValPaint kimi lider markaların distribütorluğunu həyata keçiririk. 

 

Beynəlxalq qurumların, eyni zamanda, İtaliyanın müxtəlif keyfiyyət sertifikatlarına layiq görülən məhsullarımız dəfələrlə “Təbiətin dostu” sertifikatları ilə də təltif olunub. Eko-dayanıqlı prinsiplər əsasında fəaliyyət göstərən bu şirkətlərdə istehsal edilən hər bir boyanın qablaşdırması 100%, məhsulları isə 30% təkrar emal edilən maddələrdən hazırlanır.

 

Sizin xəyalını qurduğunuz dizaynı gerçəkləşdirmək üçün 30-dan çox fərqli kataloqla dekorativ tətbiq üsulu və bu üsulların birləşməsindən əmələ gələn yüzlərlə tətbiq imkanları təklif edirik. Məhsullarımıza dekorativ tekstur verməkdən ötrü İtaliya təbiətində tapılan müxtəlif mərmər, gips, gil və digər təbii minerallardan istifadə edirik. Nəticədə, La Casa Dei Sogni xidmətindən yararlanan məkanlarda boyanın tətbiq üsuluna və rəng tonuna görə ilk baxışdan İtalyan memarlığının zərifliyi hiss olunur.

 

“La Casa Dei Sogni showroom”-u olaraq Azərbaycanda ilkə imza atıb peşəkar “Spektrofotometr” eyniləşdirmə cihazını ölkəyə gətirmişik. Bu cihaz sizin təqdim etdiyiniz istənilən rəngi kodlayaraq tamamilə eyni tonda boya istehsal etmə qabiliyyətinə malikdir. 

 

Məhsullarımızın keyfiyyəti ilə yanaşı komandamızın peşəkarlığının artırılmasına da böyük önəm veririk. Sürətlə dəyişən trendlərin və daim yenilənən dekorativ tətbiq üsullarının mənimsənilməsindən ötrü komanda üzvlərimizi İtaliyada təşkil edilən təlim proqramlarına, master-klasslara ezam edirik. Artıq 20-dən çox əməkdaşımız təcrübəli italyan mütəxəssislərdən sektorun incəliklərini, innovativ həlləri öyrənərək ixtisaslaşmış mütəxəssislərə çevriliblər. İstənilən ideyaya incəsənət kimi yanaşan komandamız olduğunuz məkanı İtaliya memarlığının bir parçasına çevirir. 

 

Biz sektora hakim, özündə dünya trendlərinin zövqünü ehtiva edən çoxillik peşəkar təcrübəyə malik komanda ilə sizə düzgün seçim etməkdə dəstək olur və xəyallarınızı zərgər dəqiqiliyi ilə unikal sənət əsərinə çevrilməsinə töhfə veririk. 

 

Təklif etdiyimiz həllərlə yaxından tanış olub ideyalarınızın gerçəkləşməsinə xitab edən ən doğru seçimi etmək üçün sizi Ağ Şəhərdə 2-ci Yaşıl ada küçəsində yerləşən Showroom-umuza dəvət edirik.



BİZİMLƏ Əməkdaşlıq ÜÇÜN MÜRACİƏT ET

Memarlıq və interyer dizaynda yeni inqilab. Premium interyer həlləri