Biz müasir həyat tərzini yenidən müəyyənləşdiririk

La Casa Dei Sogni olaraq Aralıq dənizi sahillərinin qədim mədəniyyət ənənələrinin ehtişamını müasir trendlər və innovativ yeniliklərlə birləşdirərək sizə premium interyer dizayn həlləri təklif edirik. Zamana meydan oxuyan dayanıqlılığı və avanqard görünüşü ilə seçilən məhsullarımızla özünüzü İtaliyada hiss edəcəksiniz.

Sizə daha yaxşı xidmət göstərmək üçün İtaliyanın premium dekorativ həllər nəhəngi NovacolorValpaint markalarının exclusive distributorluğunu həyata keçirdik.

Beynəlxalq qurumların, eyni zamanda, İtaliyanın müxtəlif keyfiyyət sertifikatlarına layiq görülən məhsullarımız dəfələrlə “Təbiətin dostu” sertifikatları ilə də təltif olunub. Eko-dayanıqlı prinsiplər əsasında fəaliyyət göstərən bu şirkətlərdə istehsal edilən hər bir boyanın qablaşdırması 100%, məhsulları isə 30% təkrar emal edilən maddələrdən hazırlanır.

Qüsursuz Dizayn

Fərdi həyat üçün dekor seçimləri

premium interior design solutions and Italian decorative paints Premium İnteryer Dizayn Həlləri Bakıda
İnteryer Dizayn Kolleksiyası

Sizin xəyalını qurduğunuz interyer dizaynı reallaşdırmaq üçün 60-dan çox fərqli kataloqla dekorativ tətbiq üsulu və bu üsulların birləşməsindən əmələ gələn yüzlərlə tətbiq imkanları təklif edirik. Məhsullarımıza dekorativ tekstur verməkdən ötrü İtaliya təbiətində tapılan müxtəlif mərmər, gips, gil və digər təbii minerallardan istifadə edirik. Nəticədə, La Casa Dei Sogni xidmətindən yararlanan məkanlarda boyanın tətbiq üsuluna və rəng tonuna görə ilk baxışdan İtalyan memarlığının zərifliyi hiss olunur.

“La Casa Dei Sogni showroom”-u olaraq Azərbaycanda ilkə imza ataraq xidmət göstərdiyimiz sahələrdə status-kvonun challenge’lərinə meydan oxuyuruq. Müasir dünya isə fərqli düşünməyi tələb edir. Bu fərqi status-kvonun challenge’lərinə alt-üst edən, süni intellektə sahib “Leonardo” software təminatı ilə yaradırıq. Təcrübəli komandamız İtalyan memarlığının incəliklərini məkanlarınıza daşıyaraq, sənət əsəri kimi fərdi interyer dizayn layihələr hazırlayır.

Dizayn Mükəmməlliyi

Sizin tərziniz bizim ilham mənbəyimizdir

Məhsullarımızın keyfiyyəti ilə yanaşı komandamızın peşəkarlığının artırılmasına da böyük önəm veririk. Sürətlə dəyişən trendlərin və daim yenilənən dekorativ tətbiq üsullarının mənimsənilməsindən ötrü komanda üzvlərimizi İtaliyada təşkil edilən təlim proqramlarına, master-klasslara ezam edirik. Artıq 20-dən çox əməkdaşımız təcrübəli italyan mütəxəssislərdən sektorun incəliklərini, innovativ həlləri öyrənərək ixtisaslaşmış mütəxəssislərə çevriliblər. İstənilən ideyaya incəsənət kimi yanaşan komandamız olduğunuz məkanı İtaliya memarlığının bir parçasına çevirir.

Biz sektora hakim, özündə dünya trendlərinin zövqünü ehtiva edən çoxillik peşəkar təcrübəyə malik komanda ilə sizə düzgün seçim etməkdə dəstək olur və xəyallarınızı zərgər dəqiqiliyi ilə unikal sənət əsərinə çevrilməsinə töhfə veririk.